Sosial
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən keçmiş məcburi köçkünlərin layiqli yaşayışının təminatı üçün aparılan genişmiqyaslı işlərin bir istiqaməti də onların aktiv məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 7915 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir.
Həmçinin, 880 nəfər Nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir.
Qeyd edilən ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası da təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.
Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin bu kurslara cəlb edilib. Kursları başa vuran şəxslər yeni öyrəndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO







.jpg)





























