Sosial
"Azərişıq" Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir - VİDEO
Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir.
Qurumdan Publika.az-a verilən məlumata görə, kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır.
Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xətləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilir.
Həmçinin qarlı-şaxtalı havalarda ağac budaqlarının qırılaraq xətlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır, meşə zolaqlarından keçən elektrik hava xətləri üçün dəhliz yaradılır.
Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xətlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın, canlı qüvvənin operativ hərəkətini təmin etməkdir.
Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) çəkilib. Həmçinin 10 kV-luq xətlərdə də təmir işləri aparılıb, kənddə yeni smart sayğaclar, 2 ədəd Transformator Məntəqəsi (TM) quraşdırılıb.
"Azərişıq” Leriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi


































