Sosial
İki gündən sonra telefonda bunu edənin 48 saat şarjı bitməyəcək
Apple iPhone istifadəçilərinin ən çox şikayət etdiyi batareya problemi ilə bağlı mühüm yenilik hazırlayır. Şirkətin üzərində çalışdığı iOS 27 əməliyyat sistemi ilə telefonların enerji sərfiyyatının əhəmiyyətli dərəcədə azalacağı iddia olunur.
Publika.az xəbər verir ki, məlumata görə, Apple yeni sistemdə diqqəti vizual dəyişikliklərə deyil, enerji səmərəliliyinə yönəldəcək. Şirkət mühəndisləri arxa planda işləyən tətbiqlərin fəaliyyətini optimallaşdırmaq və köhnəlmiş sistem kodlarını təmizləməklə prosessorun üzərinə düşən yükü azaltmağı planlaşdırır. Bu isə batareyanın daha az enerji sərf etməsinə imkan verəcək.
Sızan məlumatlara əsasən, iOS 27 istifadəçilərə bir şarjla əlavə 1-2 saat aktiv ekran müddəti qazandıra bilər. Bundan başqa, cihazların daha az isinməsi və daha axıcı işləməsi də gözlənilən yeniliklər sırasındadır.
Apple-ın yeni əməliyyat sistemini WWDC 2026 tədbirində təqdim etməsi gözlənilir. İlk beta versiyaları dərhal yayımlansa da, mütəxəssislər ilkin versiyalarda batareya performansının sabit olmaya biləcəyi barədə xəbərdarlıq edirlər. Sistemin tam optimallaşdırılmış final versiyasının payız aylarında istifadəyə veriləcəyi bildirilir.
Qeyd olunur ki, yeniləmə dəstəklənən iPhone modelləri üçün ənənəvi olaraq pulsuz təqdim olunacaq. Əgər Apple-ın iddiaları doğrulansa, istifadəçilər telefonlarını dəyişmədən daha uzun batareya ömrü əldə edə biləcəklər.(Musavat.com)
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
























.png)












.jpg)