Sosial
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur.
Publika.az apa-ya istinadən məlumat verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, hazırda regionlarda tibb işçilərinin çatışmazlığı problemi aktual olaraq qalır və bu istiqamətdə müxtəlif müzakirələr aparılıb, həm geniş dinləmələr, həm də aidiyyəti qurumların iştirakı ilə görüşlər keçirilib.
Komitə sədri qeyd edib ki, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış gənc həkimlərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndərilməsi də planlaşdırılır.
Eyni zamanda, 65 yaş həddinə çatmış həkimlərin təqaüdə göndərilməsi məsələsinə baxıldığı və regionlarda onların peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacağı bildirilib.
Əhliman Əmiraslanov vurğulayıb ki, bu istiqamətdə aparılan islahatların nəticə verəcəyi gözlənilir.
-
Magazin223:36Cem Yılmaz əstəxanaya yerləşdirildi
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO






















.webp)
.png)









.jpg)
.jpg)