Sosial
Azərbaycan UNESCO-nun 11-ci Baş Assambleya sessiyasında iştirak etdi - FOTO
İyunun 17-də UNESCO-nun Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyası keçirilib.
Publika.az xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.
Nazir çıxışında Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, milli irs nümunələrinin UNESCO siyahılarında təmsil olunması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışıb.
Bildirilib ki, Azərbaycan qeyri-maddi mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu sahədə UNESCO ilə sıx əməkdaşlığı davam etdirir.
Sessiya çərçivəsində konvensiyanın həyata keçirilməsi, irsin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.






-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO























.webp)








.jpg)

.jpg)