Sosial
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib”
Vəkil Fərhad Mehdiyev avtoqəzada vəfat edən qızı Zəhranın ölümü ilə bağlı yayılan müzakirələrə cavab verib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. Vəkil bildirib ki, qızı model olmağa çalışırdı və bununla bağlı nə paylaşımlar edibsə, yaxşı edib:
“Əzizlərim, ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın.
Ağ “Mersedes”in sürücüsünün təqsiri barəsində: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, - o baqajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı, onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.
Yox əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa - bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbər edici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır.
Qızım aktrisa, model olmağa çalışırdı, mən o seçimini dəstəkləməsəm də. Bunla bağlı nə videolar çəkibsə, yaxşı eləyib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir”.
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”





































