Sosial
Nazirlik: 18 yaşadək işçilərin gecə işlədilməsi qadağandır
Azərbaycanda yaşı 18-dən az olan işçilərin gecə vaxtı işlərə, iş vaxtından artıq çalışmaya, istirahət və bayram günlərində əməyə cəlb edilməsi, eləcə də ezamiyyətə göndərilməsi qanunla qadağandır.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu kateqoriyadan olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən olunmur və onların attestasiyası keçirilmir. Həmçinin 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtı həftə ərzində maksimum 24 saat, 16–18 yaş arası işçilər üçün isə 36 saat müəyyən edilib.
Qanunvericiliyə əsasən, əmək məzuniyyəti 16 yaşdan az olanlara 42 təqvim günündən, 16–18 yaşlı işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir. Yaşı 18-dən az olan şəxslərin normadan ağır əşyalar qaldırması, peşəkarlıq səviyyəsinin yetərsizliyi əsası ilə işdən azad edilməsi qadağandır.
Bundan əlavə, əmək şəraiti ağır və zərərli olan yerlərdə, yeraltı obyektlərdə, gecə klublarında, barlarda, tütün, alkoqol, energetik içki və toksik preparatların istehsalı, daşınması və satışı işlərində 18 yaşına çatmayan şəxslərin çalışmasına icazə verilmir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













