Sosial
Deputatın oğlu MİT-ə qəbul olundu - FOTO
Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.
Publika.az xəbər berir ki, onların arasında 7 nəfər ABŞ-nin məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.
Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.
Belə ki, Heydər Kərimli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.
Massaçusets Texnologiya İnstitutu (ingiliscə: Massachusetts Institute of Technology və ya qısaca MIT), ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan “QS World University Rankings 2027” hesabatına əsasən, MIT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.
Qeyd edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli də ali təhsili ABŞ-də bitirib, Harvard Universitetinin məzunudur. (Modern.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












