Sosial
Hansı cütlüklərin boşanma ehtimalı daha yüksəkdir? - Toya xeyli pul xərclənirsə...
Bahalı toy və bahalı nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu göstərib.
Publika.az xəbər verir ki, Emori Universitetinin iqtisadçıları Endryu Frensis-Tan və Hüqo Mialon 3 mindən çox evli şəxsin məlumatlarını təhlil ediblər.
Araşdırmada ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlardan nişan üzüyünə və toy mərasiminə nə qədər pul xərclədikləri soruşulub. Alimlər ailənin gəliri, evlənmə yaşı, uşaqların olması, nikahdan əvvəl birlikdə yaşamaq və digər demoqrafik amilləri də nəzərə alıblar.
Nəticələr göstərib ki, nişan üzüyünə 2-4 min dollar xərcləyən kişilərin boşanmış olma ehtimalı üzüyə 500-2000 dollar xərcləyənlərlə müqayisədə təxminən 1,3 dəfə yüksək olub.
Toy xərcləri ilə bağlı fərq isə daha diqqətçəkən olub. Toyuna 20 min dollardan çox pul xərclənən qadınların boşanma ehtimalı toy büdcəsi 5-10 min dollar olan qadınlarla müqayisədə təxminən 3,5 dəfə yüksək çıxıb.
Ən aşağı boşanma göstəricilərindən biri isə toyuna 1000 dollardan az pul xərcləyən cütlüklərdə qeydə alınıb.
Araşdırmada başqa maraqlı məqam da ortaya çıxıb. Toyda qonaqların sayının çox olması, əksinə, daha uzunmüddətli nikahla əlaqələndirilib. Burada söhbət toyun bahalı olmasından deyil, mərasimdə daha çox qohum, dost və yaxın insanın iştirak etməsindən gedir.
Alimlər hesab edirlər ki, geniş sosial çevrənin dəstəyi cütlüyün münasibətlərinə müsbət təsir göstərə bilər.
Bahalı toylarla boşanma arasındakı əlaqənin səbəblərindən biri kimi maliyyə stressi göstərilir. Toy üçün böyük məbləğdə pul xərcləmək və borclanmaq yeni ailənin üzərinə əlavə iqtisadi yük sala, bu da sonradan mübahisə və gərginliyə səbəb ola bilər.
Tədqiqatçılar bunun səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmədiyini vurğulayıblar. Bununla belə, nəticələr göstərir ki, dəbdəbəli toy və bahalı üzük möhkəm evliliyin təminatı deyil. Daha az xərc və daha çox yaxın insanın iştirakı isə daha uzun nikahla əlaqəli ola bilər. (Lent.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










