Sosial
Azərbaycanda hər kəs bu toydan danışır: Gəlindən şok addım - VİDEO
Sumqayıtda bəyin iştirakı və razılığı olmadan keçirilən toy müzakirələrə səbəb olub. Belə ki, jurnalist İlkin Abbas nişanlandığı xanımdan 10-12 gün əvvəl ayrılmaq qərarı verib. Buna baxmayaraq, keçmiş nişanlısının ailəsi onun razılığı olmadan toy mərasimi təşkil edib. İ.Abbas iddia edib ki, məclis Sumqayıtda yerləşən “Bəyaz Saray” şadlıq evində keçirilib və bəy qismində onun adı gedib.
Qanunda bununla bağlı hansısa cəza növü müəyyən edilibmi? Bu hal hansı maddəyə əsasən dəyərləndirilə bilər? Gəlini və ya ailəsini cəza gözləyirmi?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a vəkil Rəsul Cəfərov danışıb. O deyib ki, burada nikaha məcbur etmə faktının olub-olmamasına nəzər yetirmək lazımdır:
“Şəxslər ilkin olaraq nikaha daxil olmaq barədə razılığa gəlib, sonradan tərəflərdən biri bu qərardan imtina edibsə, onu nikaha daxil olmağa məcbur etmək halında əlbəttə, hüquqi pozuntu yaranır və müvafiq tədbirlər, o cümlədən sanksiyalar tətbiq oluna bilər. Lakin şəxsin faktiki olaraq məcburi nikaha cəlb edilməsi yoxdursa, burada hüquqi baxımdan pozuntudan danışmaq mümkün deyil. Çünki hüquqi anlamda nikah toy mərasimi ilə deyil, dövlət qeydiyyatı ilə müəyyən olunur. Şəxs nikahın dövlət qeydiyyatına alınması üçün sənədləri təqdim etməyə, müraciət etməyə və ya müvafiq sənədlərə imza atmağa məcbur edilməyibsə, həmin şəxslər hüquqi baxımdan nikaha daxil olmuş hesab edilmir və onların arasında rəsmi nikah münasibətləri yaranmır. Bu baxımdan, şəxslər hansısa səbəbdən bir məkanda toplaşaraq mərasim keçirir və bunu toy məclisi adlandırırlarsa, bunun özü hüquqi baxımdan nikah münasibəti yaratmır”.
Vəkilin sözlərinə görə, toyun keçirilməsi, bəyin həmin mərasimdə iştirak edib-etməməsi və ya mərasimin hansı formada təşkil olunması hüquqi nəticə doğurmur:
“Burada əsas məsələ şəxsin nikaha daxil olub-olmamasıdır. Rəsmi nikah yoxdursa, rəsmi nikah münasibətlərindən də söhbət gedə bilməz. Qanunvericilikdə toy mərasimləri ilə bağlı məsuliyyət isə konkret hallarla, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi və şəxslərin məcburi şəkildə nikaha və belə mərasimlərə cəlb edilməsi halları ilə əlaqələndirilir. Əgər qeyd olunan hallar mövcud deyilsə, sadəcə toy mərasiminin keçirilməsi özlüyündə hüquqi pozuntu hesab oluna bilməz”.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










