Sosial
Dövlət Məşğulluq Agentliyi Sloveniyada 200-dən çox vakansiya üzrə müraciətlərin qəbuluna başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, müraciətlər onlayn qaydada qəbul olunur. Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. yer alır.
Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.
Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.
Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün https://survey.sosial.gov.az/index.php/989738?lang=az linkinə keçid edə bilərsiniz.
Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO







.jpg)













.png)





.jpg)










