Sosial
Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı - YENİLƏNDİ
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Publika.az xəbər verir ki, Xocavənd rayonunun üç yaşayış məntəqəsinə – Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə yola salınan 43 ailə, ümumilikdə 191 nəfər doğma yurda qayıdıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
xxx
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna növbəti köç karvanları yola salınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülüb.
Xocavənd şəhərinə 19 ailə – 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə – 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə – 61 nəfər yola salınıb.
Doğma yurda qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün sevinc hisslərini bölüşüb, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










