Sosial
Dövlət Komitəsi laçınlı Balakişiyevlər ailəsi haqqında videoçarx hazırlayıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin həyat hekayəsini əks etdirən videoçarx hazırlayıb.
Komitədən Publika.az-a verilən məlumata görə, videoçarxda ailənin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və video kadrları, eləcə də ailə üzvlərinin xatirələri yer alıb.
Ekran işində Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən sakinlərin çətin məcburi köçkünlük illəri və torpaqlarımızın azad olunmasından sonra doğma ocaqlarına qayıdış inamı əks olunub.
Vurğulanıb ki, Müzəffər Azərbaycan Ordusunun Qələbəsindən sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyətini ziyarət edən Balakişiyevlər ailəsi tezliklə doğma yurdda daimi yaşayacaqlarına böyük inam bəsləyirlər.
Qeyd edək ki, videoçarx Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










