Sosial
DOST Evi benefisiarlarının iştirakı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ DOST Evinin həssas kateqoriyalardan olan benefisiarları, onların valideynləri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.
"Tədbir çərçivəsində həssas kateqoriyalardan olan uşaq və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. İştirakçılar təsviri incəsənət, bədii oyma, toxuma və tikmə istiqamətləri üzrə təşkil olunan master-klaslarda iştirak edərək praktiki bacarıqlar əldə ediblər.
Proqramın davamında onlar üçün Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiya, Şuşa şəhərinin mərkəzi meydanı ilə tanışlıq məqsədilə infotur da təşkil edilib.
Tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub", - məlumatda qeyd olunub.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO










.jpg)













.png)





.jpg)










