Sosial
DSX sərhəddəki son vəziyyəti açıqladı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin avqust ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb.
Bu barədə Publika.az-a qurumun Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onların 6-ı Azərbaycan, 6-ı İran, 2-i Pakistan, 2-i Əlcəzair və 1-i Türkiyə vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 317 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 764 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 266 kiloqram 873 qram narkоtik vasitə və 5236 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (1 halda pilotsuz uçuş aparatı vasitəsilə 28 kiloqram 500 qram narkotik vasitə) dövriyyədən çıxarılıb.
Qeyd olunub ki, dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO










.jpg)


.jpg)






.png)






.jpg)









