Sosial
“Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
“SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin praktiki təlim mərhələsinə start verilir
“Azercell”in dəstəyi ilə həyata keçirilən “SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.
28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.
Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.
Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı


















.webp)














.jpg)

