Sosial
Sabah bu ərazilərdə işıq kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 3-də paytaxtda və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən Publika.az-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Dəhnə" hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.
Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO










.jpg)


.jpg)






.png)






.jpg)









