Sosial
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.
Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər Nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.
Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq 7 iş günündən 5 iş gününə endirilib.
Himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması) hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək 3 iş günü müəyyən edilib.
Bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq 2 həftəyə enməsinə imkan yaradır.
Qeyd edək ki, himayədar ailə institutu müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə əhatə olunmasında, onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO










.jpg)








.png)






.jpg)









