Kukurella almanların ona nifrəti haqda: Niyə qisası məndən alırlar?
Bizi izləyin

İdman

Kukurella almanların ona nifrəti haqda: Niyə qisası məndən alırlar?

Kukurella almanların ona nifrəti haqda: Niyə qisası məndən alırlar?

İspaniya millisinin müdafiəçisi Mark Kukurella alman azarkeşlərin ona qarşı etdiyi təhqirlərdən danışıb.

İspaniya və Almaniya arasında keçirilən Avro-2024-ün 1/4 final matçında (2-1) hakim Entoni Teylor 106-cı dəqiqədə Camal Musialanın zərbəsindən sonra topun Kukurellanın əlinə dəyməsindən sonra Almaniyanın lehinə penalti təyin etmədi. VAR müdaxilə etmədi. UEFA daha sonra Teylorun bu epizodda penalti təyin etməməsinin səhv olduğunu etiraf etdi.

Publika.az xəbər verir ki, Kukurella COPE-də deyib:

-Bilirəm ki, artıq Almaniyada oynaya bilmərəm. Bunu mənə hər dəfə xatırladırlar.

– Amma günahkar sən yox, hakimdir…

– Bəli, əlbəttə. Amma niyə bunun qisasını məndən almaq qərarına gəldiklərini bilmirəm. Qoy belə olsun. Almaniyada oynaya bilməyəcəyimi başa düşürəm. Orada məni çox sevirlər (gülür).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm