Sosial
İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Puboika.az xəbər verir ki, Yamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü Azərbaycan Dövlət Pedaqoji Kollecinin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir.
Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.Qəbul zamanı sakinlər tərəfindən bina həyətlərinin asfaltlanması, qaraj təmiri, söküntüyə görə maddi kompensasiya məbləği, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, əmək mübahisələri, kommunal xidmətlərin apardıqları qazıntılar, yaşayış binalarında istilik sisteminin bərpası, bina damlarının təmiri,küçələrin işıqlandırılması, sahibsiz itlərlə mübarizə və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.
-
Magazin107:00Domino fəlakəti: “Çelsi”, “Monako” və “Everton” anlaşmaları necə çökdü?
-
Magazin206:16Jurnal üçün dərin dekolteli və uzun yarıqlı libasda poza verdi - FOTO/VİDEO
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək
-
Yaxın Şərq00:30Oman İranla Hörmüz boğazı müqaviləsindən imtina etdi
-
Magazin200:1557 yaşlı Cennifer Lopezin gənclik FOTOLARI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik anlar əhvalınızı xeyli qaldıracaq
-
Sağlamlıq3 Sentyabr 22:36Hipertoniya üçün ən yaxşı pəhriz - Kardioloq nələri məsləhət görür?
-
Magazin13 Sentyabr 22:24Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - VİDEO










.jpg)


























.jpg)
.jpg)