Sosial
Zakir Fərəcov növbəti dəfə səyyar qəbul keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində növbəti səyyar qəbul-görüş keçirib.
Publika.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri, kommunal və xidmət sahələrinin nümayəndələri, habelə sakinlər iştirak ediblər.
Səyyar görüş çərçivəsində vətəndaşların gündəlik həyatında qarşılaşdıqları məsələlər, ərazinin sosial və kommunal problemləri, eləcə də müxtəlif xarakterli müraciət və təkliflər müzakirə olunub. Sakinlər onları narahat edən məsələləri birbaşa şəhər rəhbərinə çatdıraraq, həllinə dair gözləntilərini bildiriblər.
Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin hər biri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, səsləndirilən problemlər müəyyən edilmiş qaydada araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq onların həlli istiqamətində zəruri tədbirlər görülməlidir. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə öz həllini tapıb.
Görüş zamanı şəhərin ayrı-ayrı ərazilərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, sosial məsələlər, məşğulluq və digər sahələrlə bağlı mövzular da diqqət mərkəzində olub.
Vurğulanıb ki, vətəndaşların problemlərinin yerində öyrənilməsi, onların operativ şəkildə aidiyyəti qurumlara yönləndirilməsi və görülən işlərin nəticələrinin izlənilməsi bundan sonra da davam etdiriləcək.
Sakinlər göstərilən diqqətə və müraciətlərinin yerində dinlənilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)































.jpg)

