Sosial
Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur təşkil olunub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaq olub.
Mediaturda media nümayəndələri ilə yanaşı, Xidmətin sosial tərəfdaşları olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də iştirak ediblər.
İştirakçılara əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, tərəfdaş qurumlarla birgə cari ildə Xidmətin Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 73 tədbir keçirib. Bu tədbirlərə ümumilikdə 226 işəgötürən və 2800-dən çox işçi cəlb olunub.
Keçirilən tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin olunması, yeni dövlət standartlarının tətbiqi, əmək qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.
Mediatur çərçivəsində media nümayəndələri Xocalı rayonunda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az” MMC-də olublar. Onlar müəssisələrdə istehsal prosesi, əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə baxış keçiriblər.
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?













.jpg)



















.jpg)







.jpg)

