Sosial
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTO
“Azərsun Holdinq” şirkətinin əsas şəkər markası olan “Azərşəkər” tərəfindən bu il də sosial dəstək ənənəsi davam etdirilib.
Publika.az xəbər verir ki, “Azərşəkər”in xammal təminatında mühüm rol oynayan şəkər çuğunduru fermerlərinin və İmişli Şəkər Zavodunun əməkdaşlarının məktəbli övladları yeni tədris ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları və şirniyyat hədiyyələri ilə sevindirilib.
Hədiyyələr İmişli şəhərində və Ağcabədi rayonunun Kəbirli kəndində şəkər çuğunduru yetişdirən fermerlərin, eləcə də zavod əməkdaşlarının bu il birinci sinfə başlayan və ibtidai siniflərdə təhsil alan övladlarına təqdim olunub.
Layihənin əsas məqsədi yeni tədris ilinə qədəm qoyan uşaqlara sevinc bəxş etməklə yanaşı, Azərşəkərin uzun illərdir əməkdaşlıq etdiyi fermerlərə və İmişli Şəkər Zavodunun əməkdaşlarına olan diqqət və təşəkkürünü ifadə etməkdir.
“Azərşəkər” üçün şəkər çuğunduru yalnız istehsalın əsas xammalı deyil, eyni zamanda yerli fermerlərin əməyi, zəhməti və regionların inkişafı ilə bağlı dəyər zəncirinin mühüm hissəsidir. Bu baxımdan fermerlər və onların ailələri ilə birlikdə olmaq, onların övladlarının sevincini bölüşmək markanın sosial məsuliyyət yanaşmasının vacib istiqamətlərindən biridir.
Yeni dərs ilinin ilk günlərində uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi oldu.
“Azərşəkər” – yerli zəhmətin, yerli şəkərin və gələcəyin yanında.
-
Səhiyyə20:00İşdən çıxarılan qadın rəhbərlər kimdir? - DOSYE
-
Region19:12Bu məktəbdə 27 cüt əkiz təhsil alır - Müəllimlər onları bir-birindən necə ayırırlar?
-
Sosial18:24Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Elm və təhsil18:00“Qiyamət günü” toxumları bəlli oldu - Gələcəyin süfrəsində bunlar olacaq
-
Magazin117:51Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran... - VİDEO
-
MDB16:24Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşəcək - 44 milyon dollarlıq məsələ
-
Rəsmi xronika16:06İlham Əliyev bu başçını vəzifəsindən azad etdi
-
Dünya15:42Nostradamusun 471 il əvvəl yazdığı sözlər gündəmi silkələdi: “Ölümsüz ağıl” nədir?








.jpg)

.jpg)






.jpg)




.jpg)












