Peşənizin köhnəldiyini göstərən beş əlamət - Çörəyinizə dəyən kimdir?
Bizi izləyin

Sosial

Peşənizin köhnəldiyini göstərən beş əlamət - Çörəyinizə dəyən kimdir?

Peşənizin köhnəldiyini göstərən beş əlamət - Çörəyinizə dəyən kimdir?

Yaxşı vəzifə, yüksək maaş və böyük iş stajı artıq gələcək üçün təminat deyil. Bazar dəyişir: adi vəzifələri süni intellekt yerinə yetirir, yeni texnologiyalar daim ixtisasartırma tələb edir, işəgötürənlər isə işə qəbul meyarlarını dəyişirlər.

Peşənin aktuallığını itirməyə başladığını vaxtında necə müəyyən etmək olar?

Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya “Sber”in “Məktəb 21” rəqəmsal texnologiyalar məktəbinin direktoru Rustam Aynetdinov danışıb.

İlk əlamət mütəxəssislərə qarşı yeni tələblərin ortaya çıxmasıdır. Məsələn, süni intellektlə işləməyi bacarmaq. Əgər əvvəllər belə bir bacarıq əlavə üstünlük sayılırdısa, indi məcburi tələbə çevrilibsə, deməli, peşə yeni mərhələyə keçib.

“Bunu İT mütəxəssislərinin timsalında görürük. Cəmi bir neçə il əvvəl neyron şəbəkələr üçün düzgün promtlar hazırlamaq üstünlük sayılırdısa, bu gün artıq baza bacarığıdır. Amma məsələ sadəcə süni intellektdən “istifadə etməyi bacarmaq” deyil — onunla tərəfdaş kimi işləməyi öyrənmək, ona harada etibar etməyin mümkün olduğunu, harada isə qərarı yenə də insanın verməli olduğunu anlamaqdır”, - Aynetdinov izah edib.

İkinci siqnal dəyişikliklərə müqavimət göstərməkdir. Sizə elə gələndə ki, işin əvvəlki üsulu hələ də effektivdir, şirkətdə artıq yeni həllər tətbiq olunmağa başlaya bilər. Proseslər yenidən qurulursa, əməkdaş isə əvvəlki sxem üzrə işləməyə davam edirsə, o, zamanın gerisində qalmaq riski ilə üzləşir.

Üçüncü əlamət vakansiyalarda yeni terminologiyanın ortaya çıxmasıdır.

“Sizin səviyyənizdə namizədə qoyulan tələblərin və ya oxşar vəzifənin təsvirindəki tələblərin 50 faizini başa düşməməyiniz peşənin mütləq şəkildə transformasiya olunduğunu göstərir. Əksər hallarda məsələ sizi daha az təcrübəli mütəxəssisin əvəz etməsində deyil, tapşırığın artıq “insan və süni intellekt” tandemi ilə həll edilə bilməsindədir. Bu halda nəticə əvvəlki üsullardan istifadə ilə müqayisədə daha sürətli və daha ucuz əldə olunur”, - Rustam Aynetdinov belə hesab edir.

Dördüncü siqnal əvvəllər yaxşı ödəniş edilən işin dəyərdən düşməsidir. İndi həmin işin nəticəsini daha ucuz əldə etmək mümkündür. Məsələn, kopirayteri artıq tamamilə pulsuz neyron şəbəkə də əvəz edə bilər. Bir çox şirkət üçün süni intellekt redaktorlarını işə götürmək daha sərfəlidir.

Beşinci əlamət kadr qərarlarına yenidən baxılmasıdır. Əvvəllər təcrübəli mütəxəssislərin karyerasında məntiqli addım hesab olunan vəzifələrə daha az iş stajı olan insanlar götürülür.

“İştirakçılarımız arasında belə nümunələr çoxdur. Onillik təcrübəsi olan insanlar yenidən təhsil almağa gəlirlər, amma bunun səbəbi daha gənc rəqiblərinin onları qabaqlaması deyil. Səbəb odur ki, üç illik təcrübəsi olan həmkarları artıq süni intellektdən bir alət kimi istifadə etməyi öyrəniblər. Əsas rolu texnologiya ilə birlikdə işləməyi kimin daha əvvəl öyrənməsi oynayır”, - Rustam Aynetdinov deyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm