Sosial
Bakıda iş saatlarının dəyişməsi ilə bağlı yenilik - 57 nədir?
Bakı və ətraf ərazilərdə bir sıra dövlət qurumlarında iş qrafikinin dəyişdirilməsi ilə bağlı qərar sentyabrın 15-dən qüvvəyə minib. İki ay müddətinə sınaq məqsədilə tətbiq olunan yeni qrafiklə işçilər üç fərqli rejim üzrə fəaliyyət göstərəcəklər.
Qərarın əsas məqsədlərindən biri paytaxtda nəqliyyat sıxlığının azaldılmasıdır.
İş vaxtının müvəqqəti dəyişdirilməsi qərarı nə kimi nəticələr verə bilər və bu addım Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərəcək?
Publika.az xəbər verir ki, globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, iş qrafikinin dəyişdirilməsi Prezidentin imzaladığı “Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” üzrə dövlət proqramında nəzərdə tutulmuş 57 tədbirdən biridir:
“Yəni burada kompleks tədbirlər görülməsə, yalnız iş qrafikinin dəyişdirilməsi ilə vəziyyət düzələn deyil. Müəyyən fayda verə bilər, amma bütövlükdə problemi həll etmək üçün o dövlət proqramı tam icra olunmalıdır. Orada təhsil müəssisələri ilə bağlı məsələlər də var. Əsas tıxaclar harada yaranır? Təhsil müəssisələrinin qarşısında. Orada yazılır ki, məktəb avtobusları məsələsinə baxılsın. Amma məktəb avtobusları o zaman tətbiq olunur ki, konkret kompakt ərazidə şagirdlər yaşayır və məktəb də bir yerdədir. Bizdə biri Hövsandan gəlir, biri Suraxanıdan, biri Əhmədlidən. Orada məktəb avtobusu təklif etmək mümkün deyil”.
S.Məmmədovun fikrincə, yalnız iş qrafikinin, özü də əsasən dövlət sektorunda iş qrafikinin dəyişməsi ilə nəsə dəyişəcəyini gözləmək real deyil:
“Amma kompleks tədbirlər fonunda müəyyən nəticələr verə bilər. Həmin tədbirlər də, yuxarıda qeyd etdiyim kimi, Prezidentin imzaladığı dövlət proqramında əksini tapıb”.
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı








.png)























