Sosial
İşğaldan azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Publika.az xəbər verir ki, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında daha 86 şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1048 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO




































