Sosial
FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və FHN yanında İctimai Şura “Sülh Aylığı” çərçivəsində birgə tədbir keçirib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan edilmiş “Sülh Aylığı” çərçivəsində təşkil olunub.
Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İradə Kərimova, Hüquq şöbəsinin Hüquqi təhlil və təminat sektorunun müdiri Elnar Məmmədov, FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və şura üzvləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan olunduğu xatırlanaraq, bu kampaniya çərçivəsində sülh və təhlükəsizlik mədəniyyətinin, qarşılıqlı hörmət və həmrəylik dəyərlərinin təşviqinin mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd edilib ki, sülh yalnız müharibə və qarşıdurmanın olmaması deyil, insanların təhlükəsiz və ləyaqətli həyat sürməsi, cəmiyyətin sabitlik və qarşılıqlı etimad şəraitində inkişafı, gələcəyə inamın möhkəmlənməsi və quruculuq naminə bütün potensialın səfərbər olunması üçün əsas şərtdir. Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti insanların həyat və sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və fövqəladə halların qarşısının alınması baxımından sülh və əmin-amanlığın qorunmasına mühüm töhfə verir.
Tədbirdə, həmçinin sülhün, sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin edilməsindən ötrü fövqəladə hallarla bağlı davranış qaydaları üzrə maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb, əhalinin sözügedən məsələ ilə bağlı mütəmadi və düzgün məlumatlandırılmasına, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır








.jpg)

.jpg)

.jpg)





















.jpg)


