Sosial
Ötən il Azərbaycanda 18 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb olunub
Təbii ehtiyatlar məhduddur, texnologiyanı isə almaq mümkündür. Dəyər yaratmaq qabiliyyətinə malik insan isə inkişaf etdirildiyi müddətdə öz potensialını artırmağa davam edir. Buna görə də insan kapitalına investisiya uzunmüddətli iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Publika.az xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan təbii ehtiyatlarla zəngin ölkə kimi əldə etdiyi gəlirləri ilk növbədə, insan kapitalının inkişafına yönəltməyə çalışır.
“İnsan kapitalına investisiyanın zəruri olması dörd əsas amillə bağlıdır. İlk növbədə, insan kapitalının inkişafı iqtisadi artımı şərtləndirir. Ölkənin insan kapitalı göstəricisinin yüksəlməsi əmək məhsuldarlığına və nəticə etibarilə ÜDM-ə təsir göstərir. Bu təsir daha sonra ortaya çıxır. Buna görə də insan kapitalına investisiyaya elə indi başlamaq çox vacibdir. İkinci mühüm məsələ potensialın itirilməsinin qarşısını almaqdır. 2030-cu il və ondan sonrakı dövrdə doğulan uşaqların 60 faizindən çoxunun yaxşı təhsil və sağlamlıq imkanlarına baxmayaraq, süni intellektin və digər amillərin təsiri nəticəsində həmin uşaqlar potensialının yalnız yarısından istifadə edə biləcəyi proqnozlaşdırılır. İstedadın itirilməsi yalnız həmin insan üçün itki deyil, həm də iqtisadiyyat üçün itkidir. Üçüncü istiqamət dayanıqlılığın artırılmasıdır. Ömürboyu öyrənmə imkanlarına malik cəmiyyətlər texnoloji şokları bu imkanlara malik olmayan cəmiyyətlərə nisbətən daha yaxşı mənimsəyə bilirlər. Dördüncü istiqamət inklüzivlikdir. İnsan kapitalının inkişafına yalnız xərc kimi deyil, gəlir gətirən investisiya kimi yanaşmaq vacibdir. Bütün maraqlı tərəfləri bu məsələyə yalnız xərc kimi deyil, gəlir gətirən investisiya kimi baxmağa çağırıram”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Hasil Abbasov bildirib ki, ötən il 18 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb olunub: “Bu hazırlıq, xüsusilə, işəgötürənlərin gələcəkdə ehtiyac duyacağı tələblərə uyğun həyata keçirilib. 2017-ci ildən sonra doğulan uşaqların təxminən 62 faizinin görəcəyi işlər hələ ixtira olunmayıb. Onlar iqtisadi fəal əhaliyə çevrildikdə müəyyən işlərlə məşğul olacaqlar, lakin həmin işlərin əksəriyyəti bu gün hələ mövcud deyil. Bu məqamı nəzərə alaraq, karyera istiqamətləndirməsi adlandırdığımız digər proqramı həyata keçirməyə başladıq. İnsanların əmək bazarına necə hazırlaşa biləcəklərini müəyyənləşdirməsi üçün müxtəlif vasitələrdən istifadə edirik”.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto










.jpg)





.jpg)























