Sosial
Abşeronda Anım Gününə həsr olunmuş tədbir keçirildi - Foto
27 Sentyabr – Anım Günü münasibətilə Abşeron rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Zaur Şükürov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, regional idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin və Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.
“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfinin sifarişi ilə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 27 sentyabr tarixinin xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadığını bildirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndiyini, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyduğunu vurğulayıb. Abdin Fərzəliyev işğaldan azad edilmiş ərazilərdə bu gün həyatın yenidən canlandığını xüsusilə diqqətə çatdırıb.
Milli Məclisin deputatları Nigar Məmmədova və Zaur Şükürov çıxışlarında Azərbaycan Ordusunun peşəkarlığının, xalqımızın birliyinin və milli həmrəyliyinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd ediblər. Deputatlar şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığın gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.
Sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva və Vətən Müharibəsi qazisi Vidadi Əliyev igid qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan söz açıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının və adlarının yaşadılmasının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını ifadə ediblər. Çıxışçılar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Çıxışların ardından şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub. Hədiyyələrin içərisində işğaldan azad edilmiş ərazilərdən gətirilən torpaq yerləşdirilib.
Anım tədbiri şəhid ailələri və qazilərin iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası ilə yekunlaşıb. Eyni zamanda Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən şəhid xiyabanları və xatirə kompleksləri ziyarət edilərək şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq

























.jpg)



























