Sosial
BDYPİ sürücülərə çağırış etdi
Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində sürücülərə çağırış edib.
İdarədən Publika.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Aylıq çərçivəsində nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin azaldılması, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə mühərrikin və işlənmiş qazları xaric etmə sisteminin vəziyyətinə diqqət yetirməyə çağırır. Atmosferə normadan artıq zərərli tullantı buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir.
Sürücülərdən avtomobillərinə vaxtlı-vaxtında texniki qulluq göstərmələri, nasazlıqları aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları xahiş olunur.
Təmiz hava və sağlam ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)










.webp)


















