Sosial
Deputat: Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir
"Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev İnvestisiya Forumunda çıxışında ölkəmizdə kadr hazırlığı sahəsində görülən çox mühüm işlərdən danışdı. Peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını vurğuladı. Bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini və gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm "Təhsil haqqında" qanuna yenidən baxılmasına, "Ali təhsil" və "Distant təhsil haqqında" Qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə Təhsil Məcəlləsinin qəbul edilməsini təklif edirəm".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib. O, süni intellekt və sosial media haqqında ayrıca qanunun qəbul edilməsini təklif edib:
"Bu bir reallıqdır ki, süni intellekt sürətlə insanlarımızın həyatına daxil olmaqdadır. Müsbət tərəflərlə yanaşı bizi dövlətçilik baxımından narahat edən xeyli məsələ var. Burada süni intellektdən düzgün isitfadə, xüsusilə təhlükəsizliklə bağlı xeyli məsələlər var. Onların nəzərə alınmasına ehtiyac var. Bu proses indidən tənzimlənməsə gələcəkdə proseslərin qarşısını almaq çox çətin olacaq. Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbul edilməsini təklif edirəm. Bu gün sürətli qloballaşma prosesi milli-mənəvi dəyərlərimiz üçün ciddi təhdidlər yaradır. Artıq dünyada dəyərlərin transformasiyası gedir. Bu dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını və ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbycanda ailə institutu tamamilə sıradan çıxa bilər".
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi














.jpg)





















