Sosial
Yasamal rayonunda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirildi
Vətən müharibəsində şəhid olmuş Hüseyn Tağıyevin şəhadətinin 6-cı ildönümü ilə əlaqədar Yasamal rayonunda anım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Hərbi Memorial məzarlıqda keçirilən mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin ailə üzvləri, yaxınları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları şəhid Hüseyn Tağıyevin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.Mərasimdə Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, Hüseyn Tağıyev kimi igid oğullarımızın həyat yolu, vətənpərvərliyi və şücaəti gələcək nəsillər üçün əsl örnəkdir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailə üzvlərinə başsağlığı və ehtiramını çatdıraraq qeyd edib ki, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların ailə və yaxınlarına diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Qeyd edək ki, Hüseyn Tağıyev 8 avqust 1991-ci ildə anadan olub, 5 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub. Onun əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)





















.jpg)
.jpg)