Sosial
Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
Yasamal rayonunda şəhid Qasımov İsmayıl Sadiq oğlunun və şəhid İslamov Elvin Elçin oğlunun anım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, hərbi memorial məzarlıqda keçirilən mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərin məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Mərasim zamanı şəhidlərimizin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların xalqımızın yaddaşında əbədi yaşayacaq şərəfli həyat yolundan bəhs olunub.
Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur.Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti gələcək nəsillər üçün daim örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz


















.png)

















