Sosial
Bu yollarda nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq
Bakı şəhərinin Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri gecə saatlarında həyata keçiriləcək.
Təmir işləri aşağıdakı tarixlərdə aparılacaq:
Oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək;
Oktyabrın 10-u saat 23:00-dan oktyabrın 11-i saat 07:00-dək;
Oktyabrın 11-i saat 23:00-dan oktyabrın 12-si saat 07:00-dək.
Təmir işləri müddətində qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən mümkün nəqliyyat sıxlığının qarşısını almaq üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz


















.png)

















