Sosial
FHN-də növbəti “açıq qapı günü” tədbirləri keçirildi - Foto
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində, 1 nömrəli Xüsusi Təyinatlı, Səbail, Nərimanov, Suraxanı, Astara Rayon Yanğından Mühafizə hissələrində həmçinin Sabunçu və Yasamal Rayon Yanğından Mühafizə hissəsinin 23 və 31 nömrəli Yanğından Mühafizə bölmələrində “açıq qapı günü” tədbirləri keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, tədbirlərdə “My Garden”, “Piter Pen”, “Bağçam”, “Bir İnci”, “İndigo Vurğun”, “Şən Notlar”, “İndigo Xətai”, “Möcüzələr ölkəsi”, “İndigo Sumqayıt” uşaq bağçalarının azyaşlı və tərbiyəçiləri, həmçinin Astara şəhər 1 saylı tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz












































.png)

















