Sosial
Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiq etdi
Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiq edib.
Publika.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında aşağıdakı sənədlər müzakirəyə çıxarılıb:
1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq ratifikasiya olub.
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
















.png)


















