Sosial
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir - FOTO
Sabahdan etibarən Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində Novxanı-Pirşağı istiqamətində diametri 1000 və 1400 millimetrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır.
Publika.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, layihə nəticəsində qurulacaq ümumi uzunluğu 32 kilometr olan kollektorun və yeni nasos stansiyasının inşası ilə Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Sovxoz, Fatmayı və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq. Eyni zamanda, hövzə daxilində yerləşən qəsəbələrdə yağış sularının toplanması hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat göllərində və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Bu layihədən əlavə, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı işlər icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur.
Bu layihələrin icrası tullantı sularının daha səmərəli və müasir standartlara uyğun idarə olunmasına, ətraf mühitin mühafizəsinə və güclü yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınmasına mühüm töhfə verəcək.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO





















.png)

















