Sosial
"Azərişıq" əməkdaşları Türkiyədə keçirilən beynəlxalq Peşə Ustalığı Yarışında birinci yerə layiq görülüblər
21–25 sentyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Türkdilli ölkələrin elektroenergetika mütəxəssisləri arasında beynəlxalq Peşə Ustalığı Yarışı keçirilib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Türk Dövlətləri Təşkilatı nümayəndəsinin iştirakı ilə keçirilən və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan komandalarını bir araya gətirən yarışda “Azərişıq” ASC-nin energetikləri yüksək peşəkarlıq, texniki bilik və bacarıq, operativlik və güclü komanda işi nümayiş etdirərək “Ən təcrübəli mütəxəssis komandası” nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Qeyd edək ki, Türkdilli ölkələrin energetikləri arasında Peşə Ustalığı Yarışlarının əsası ilk dəfə 2023-cü ildə “Azərişıq” ASC-nin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda – Hadrutda qoyulub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən bu təşəbbüs qısa müddətdə beynəlxalq ənənəyə çevrilərək sonrakı illərdə Tatarıstan, Qırğızıstan və Özbəkistanda uğurla davam etdirilib.
Qarabağdan başlayan bu mühüm təşəbbüs bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində elektroenergetika sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsinə, qabaqcıl təcrübə mübadiləsinə, texniki təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə və müasir texnologiyaların tətbiqinə dəstək verən beynəlxalq platformaya çevrilib.
Ankarada keçirilən builki yarış da Türk dünyasının energetikləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Beynəlxalq Peşə Ustalığı Yarışlarının növbəti mərhələsinin 2027-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar


























.jpg)











.jpg)















