Sosial
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır" - Allahşükür Paşazadə
Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır.
Publika.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib.
"Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb.
Çox heyifislənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda müsəlmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər.
Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq, uşaqları tədrisdən geri qoymaq heç doğru addım deyil", - o deyib.
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar


































