Sosial
“Azəriqaz” 9 ayda 52 mindən çox xidmət göstərib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 2026-cı ilin yanvar-sentyabr ayları ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 34 504 vətəndaşa ümumilikdə 20 növ xidmət üzrə 52 652 xidmət göstərib.
Publika.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, birliyin əsas prioriteti istehlakçı müraciətlərinin operativ və hərtərəfli cavablandırılmasıdır. Vətəndaş məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirən “Azəriqaz” xidmət prosesində innovativ yanaşmaların tətbiqinə xüsusi önəm verir. Bu yanaşmalar vətəndaşların vaxtına və vəsaitinə qənaət etməklə yanaşı, qaz təchizatı ilə bağlı xidmətlərin daha əlçatan və rahat şəkildə təqdim olunmasına imkan yaradır.
Hazırda “Azəriqaz” İB xidmət pəncərələri vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzində, həmçinin Sumqayıt şəhərində və regionlarda yerləşən 19 “ASAN xidmət” mərkəzində vətəndaşlara 20 növ xidmət göstərir.
Xidmətlərin təqdim olunduğu regional mərkəzlər Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, Lənkəran, Şuşa, Naxçıvan, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















