Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
Bizi izləyin

Sosial

Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI

Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI

Təmir işləri ilə əlaqədar Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində, eləcə də Yevlax rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən transformator məntəqələrində (TM) təmir, yoxlama və sınaq işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Binəqədi RETSİ-nin xidmət ərazisinə daxil olan 9-cu mikrorayonda, Mir Cəlal küçəsinin bəzi hissələrində isə saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bununla yanaşı, elektrik enerjisinin verilişinin keyfiyyətini yaxşılaşdırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə oktyabrın 14-də Yevlax Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq "Quşçuluq" və 35 kV-luq "Xanabad" hava xətlərində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək rayonun Kövər kəndinin bir hissəsində və Yevlax-Bərdə şossesinin kənarında yerləşən bəzi yaşayış massivlərində, saat 10:00-dan 12:00-dək isə Aşağı Bucaq, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli və Yuxarı Bucaq kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm