Sosial
Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Məhəddin Cavadov vəfat edib.
Publika.az Ölkə.az-a istinadla xəbər verir ki, o, yıxılaraq başından aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Belə ki, 62 yaşlı M.Cavadov sentyabrın 13-də Bakıda dostları ilə ziyafət məclisi zamanı restoranda yıxılıb və başı betona dəyib.
Ağır kəllə-beyin travması alan və komaya düşən ehtiyatda olan zabit Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bir ay burada müalicə alan M.Cavadov komadan ayılıb. Bu müddət ərzində daxili orqanlarında problemlər yaranan zabitin ölümünə də bu səbəb olub.
Mərhum bu gün Bakıda dəfn edilib.
Xatırladaq ki, Cavadov Məhəddin Cənnət oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub.
SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşması daxilində Macarıstanda hərbi xidmət keçib. Xidmətdə fərqləndiyinə görə SSRİ Silahlı Qüvvələrinin Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasına oxumağa göndərilib. Təhsilini başa vurduqdan sonra Latviyada maliyyə rəisi, hərbi bank müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışından sonra Latviyadan Azərbaycana qayıdıb.
Müdafiə Nazirliyinin maliyyə xidmətində müfəttiş və müxtəlif vəzifələrdə işləyib.
O, uzun illər Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edib. General-mayor Altay Mehdiyevin komandanlığı dövründə HHQ-nin maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra ehtiyata buraxılıb. Mülki şəxs kimi Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında işləyib.
***
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.(“Qafqazinfo”)
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















