Sosial
Mirasdan məhrum edilən şəxs Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub.
Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab olunması tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.
Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində törədildiyini, miras əldə etmək məqsədi daşımadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların olmadığını bildirib. Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkan Gündüzün ilk evliliyindən olan qızı Muhammet Gündüzün və onun övladının miras tələbi ilə onu narahat etdiyini açıqlamışdı.
Qeyd edək ki, Türkan Gündüz 2023-ci il mayın 7-si Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum olunub.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















