Sosial
Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür - FOTO
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir.
Publika.az xəbər verir ki, maarifləndirici proqram Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində təşkil olunur.
Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar.
“Azərişıq” ASC-nin peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəetmə üsulları barədə özbəkistanlı həmkarların bilikləri təkmilləşdirilir. Həmçinin iştirakçılara elektrik qurğularında izolyasiya sistemləri, ifrat gərginlikdən mühafizə, elektrik avadanlıqlarının sınaq və diaqnostikası, mühafizə vasitələrinin düzgün seçilməsi və təhlükəsiz istismar qaydaları ilə bağlı ətraflı məlumatlar çatdırılır. Onlara həm də elektrik şəbəkələrində normal və qəza rejimlərində əməliyyatların aparılması, kommutasiya proseslərinin düzgün idarə olunması, avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və qəza hallarında operativ qərarların qəbul edilməsi ilə əlaqədar müasir yanaşmalar və qabaqcıl təcrübələr təqdim olunur.
Təlimlər çərçivəsində nəzəri biliklərlə yanaşı, real elektrik avadanlıqları, diaqnostika vasitələri və müvafiq təlim qurğularından istifadə edilməklə praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq etmək bacarıqlarının inkişafına xidmət edir.
Maarifləndirici layihə həm də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Təlimlər başa çatdıqdan sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək. Yekun qiymətləndirmədən uğurla keçən müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi









.jpg)
.jpg)


.jpg)






.jpg)



















