Sosial
Zülfiyyə Nuriyeva: Milli geyimlərimizi gələcək nəsillərə ötürməliyik
Azərbaycanın milli geyimləri gələcək nəsillərə ötürülməlidir.
Publika.az Report-a isinadla xəbər verir ki, bunu Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva "Kəlağayı yürüşü" zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın milli-mənəvi dəyərləri olan kəlağayı, baş örtüyü və geyimlər həqiqətən çox gözəldir:
"Bu gün Azərbaycanın milli geyimində, milli kimliyi əks etdirən kəlağayıda yürüş baş tutacaq. Biz bununla gələcək nəsillərimizə milli-mənəvi dəyərlərimizi ötürmək istəyirik. Doğrudan da milli-mənəvi dəyərlərimiz olan kəlağayı, baş örtüyümüz və geyimlərimiz çox gözəldir və bunları daşımaq lazımdır. Gənclər bunları gələcək nəsillərə, mütləq şəkildə ötürməlidirlər. Bu gün şəhərimizin gözəl yerlərində - İçərişəhərdə başlayacaq yürüşümüz Qız qalasının yanından Fəvvarələr meydanına qədər davam edəcək".
Z.Nuriyeva həmçinin bildirib ki, yürüşdə qonaqlar Azərbaycanın milli geyimləri ilə tanış olacaqlar:
"Xalqımızın həqiqətən dəyərləri çox yüksəkdir, gözəldir, alidir və bu dəyərləri qorumaq da bizim kimi anaların, qadınların üzərinə düşür. Gələcək nəsillərimizi də bu dəyərlərlə böyütmək vətəndaş borcumuzdur. Düşünürəm ki, bugünkü təbliğatımız, təşviqatımız gənclərimizə müsbət təsir edəcək".
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















