Sosial
Kəlağayı Azərbaycan qadınının zərifliyini təcəssüm etdirir - Turanə Orucova
“Milli geyimlərimizin, xüsusilə də kəlağayımızın təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi bizim əsas məqsədlərimizdəndir. Çünki milli irsimiz xalqımızın tarixini, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan mühüm mənəvi sərvətdir”.
Publika.az Teleqraf-a istrinadla xəbər verir ki, bunu İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova deyib.
O bildirib ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mədəni dəyərlərimizi və əsrlərdən süzülüb gələn sənət ənənələrimizi təcəssüm etdirir:
“Bu irsin qorunması yalnız mədəniyyətimizin yaşadılması deyil, həm də milli kimliyimizə və tarixi yaddaşımıza sahib çıxmaq deməkdir. Bu məqsədlə il ərzində müxtəlif tədbirlər təşkil edir, milli geyimlərimizi və kəlağayımızı təbliğ edirik. İstəyimiz bu dəyərləri sadəcə nümayiş etdirmək deyil, onların mahiyyətini gənclərə aşılamaq və milli irsimizi gələcəyə daşımaqdır”.
T.Orucova vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və milli birliyimizin yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır.
“Çünki öz tarixinə və mədəniyyətinə sahib çıxan xalq öz kimliyini də qoruyur. Bizim üçün milli geyimlərimiz və kəlağayımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, kimliyimizin və dövlətçilik ruhumuzun ifadəsidir. Əsas məqsədimiz bu zəngin irsi yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə bütöv şəkildə ötürməkdir”.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















