Sosial
Məktəb həyatı məşhur fotoqrafın obyektivində - FOTO
Tanınmış fotoqraf Cəlal Kəngərli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qonağı olub.
Publika.az xəbər verir ki, o, məktəbdə bir gün keçirərək şagirdlərin gündəlik həyatını, dərs prosesini, sinif otaqlarında yaşanan maraqlı anları və məktəb mühitinin özünəməxsus atmosferini fotokamerası ilə lentə alıb.
Fotoqrafın obyektivindən məktəb həyatı şagirdlərin səmimi təbəssümləri, dostluq münasibətləri, müəllimlərlə ünsiyyəti və öyrənmək həvəsi ilə yadda qalıb. Çəkiliş zamanı məktəblilərin gündəlik fəaliyyətindən maraqlı məqamlar qeydə alınıb, təhsil mühitinin canlı mənzərəsi fotoşəkillərdə əks olunub.
Görüş şagirdlər üçün həm maraqlı təcrübə, həm də fotoqrafiya sənəti ilə yaxından tanış olmaq imkanı yaradıb. Məktəb həyatının fərqli anlarını əks etdirən fotolar təhsilin yalnız dərslərdən deyil, eyni zamanda dostluqdan, ünsiyyətdən, xatirələrdən və gələcəyə hazırlıqdan ibarət olduğunu bir daha nümayiş etdirib.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















