Sumqayıtda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır
Bizi izləyin

Sosial

Sumqayıtda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır

Sumqayıtda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır

Sumqayıt şəhərində abadlıq-quruculuq tədbirləri çərçivəsində şəhərin estetik görkəminin daha da yaxşılaşdırılması, yolkənarı ərazilərin abadlaşdırılması, müasir infrastrukturun yaradılması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində kompleks işlər davam etdirilir.

Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı–Quba magistral avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində yolkənarı ərazilərdə torpaqlama və hamarlama işləri aparılır, mövcud hasarlar yenilənir, ətraf sahələr səliqəyə salınır. Eyni zamanda, yolboyu infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər görülür, yeni sərnişin dayanacaqları quraşdırılır.

Bakı–Quba avtomobil yolu ölkənin mühüm nəqliyyat magistrallarından biri olmaqla, paytaxtı şimal bölgələri ilə birləşdirən strateji əhəmiyyətli nəqliyyat dəhlizidir. Gündəlik olaraq çoxsaylı nəqliyyat vasitələrinin və sərnişinlərin istifadə etdiyi bu magistralın Sumqayıt şəhərindən keçməsi yolboyu ərazilərin abadlaşdırılmasını və müasir infrastrukturun yaradılmasını xüsusi əhəmiyyətli edir. Bu baxımdan həyata keçirilən tədbirlər həm nəqliyyat infrastrukturu ətrafında əlverişli şəraitin yaradılmasına, həm də şəhərin giriş-çıxış istiqamətlərinin daha səliqəli və baxımlı görkəm almasına xidmət edir.

Aparılan işlərdə ekoloji amillərə xüsusi diqqət yetirilir. Sumqayıtın ölkənin mühüm sənaye mərkəzlərindən biri olması nəzərə alınaraq, şəhərdə yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması və sağlam ətraf mühitin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə magistral yol boyunca yeni ağaclar əkilir, yaşıllıq zolaqları salınır, müxtəlif landşaft və yaşıllıq kompozisiyaları yaradılır. Həyata keçirilən tədbirlər sənaye inkişafı ilə ekoloji mühit arasında tarazlığın qorunmasına, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönəlib.

Abadlıq işləri çərçivəsində yolkənarı ərazilərin memarlıq və landşaft görünüşünün yenilənməsinə də xüsusi önəm verilir. Ərazilərin vahid abadlıq konsepsiyası əsasında yenidən qurulması, müasir landşaft həllərinin tətbiqi və yaşıllıq kompozisiyalarının yaradılması magistral boyunca estetik baxımdan cəlbedici və funksional mühitin formalaşdırılmasına imkan verir.

Qeyd edək ki, Sumqayıt şəhərində son illər genişmiqyaslı abadlıq-quruculuq və infrastruktur layihələri ardıcıl şəkildə həyata keçirilir. Şəhərin küçə və prospektlərində, yaşayış massivlərində, park və istirahət zonalarında, eləcə də əsas nəqliyyat magistralları boyunca aparılan işlər şəhər mühitinin müasirləşdirilməsinə və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq, təmizlik və yaşıllaşdırma tədbirlərinin bundan sonra da mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm