Cənubi Qafqaz
Asəf Hacıyev İrəvanda Babloyanı SUSDURDU - Ermənistanda QALMAQAL
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament
Assambleyasının (QDİƏT PA) İrəvanda 52-ci baş assambelyasının
iclasında qalmaqal yaşanıb.
Publika.az “news.am”-a istinadən xəbər verir ki, 4 ölkənin
nümayəndə heyəti QDİƏT PA-nın 25 illik yubiley medalını almaqdan
imtina edib.
İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ara Babloyan
bütün nümayəndə heyətlərinə yubiley medalı veriləcəyini deyib.
Lakin Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycan buna qarşı
çıxıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki,
heyətə rəhbərlik etdiyi müddət qısadır və vicdanı belə bir mükafatı
almasına icazə vermir. E.Quliyev bu addımının siyasətlə bağlı
olmadığını qeyd edib.
Medaldan imtina edən Gürcüstan nümayəndə heyəti məsələni müzakirə
etmək istəmədiklərini bildirib.
Bundan sonra Ara Babloyan medalın təkcə nümayəndə heyəti
rəhbərlərinə yox, heyətdə təmsil olunan digər üzvlərə də aid
olduğunu bildirib.
QDİƏT PA-nın baş katibi Asəf Hacıyev erməni spikerə baş verənlərdən
faciə düzəltməməyi tövsiyə edib.
Asif
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi

















.jpg)



















