Cənubi Qafqaz
Rusiyadan NÖVBƏTİ SOS: Pentaqon Azərbaycan sərhədlərində…
Moskva Gürcüstanda yerləşən Luqara laboratoriyasında ABŞ-ın hərbi-bioloji fəallığından ciddi narahatdır.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin bildirib.
“Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Mərkəzində Amerikanın hərbi-bioloji fəallığı ciddi əndişəyə səbəb olur”, - Karasin deyib.
Qeyd edək ki, Rusiya öz sərhədlərinin bilavasitə yaxınlığında yerləşən tibbi-bioloji laboratoriyalarda Pentaqonun fəaliyyətindən harahatlığını dəfələrlə dilə gətirib. Moskvada hesab edirlər ki, Amerika və gürcü hakimiyyətləri laboratoriyanın həqiqi məqsədini və təhlükəli yoluxucu xəstəlikləri araşdıran ABŞ ordusunun hərbi bölməsinin fəaliyyət istiqamətini gizlətməyə çalışırlar. Gürcü tərəfi isə qorxuların əsassız olduğunu hesab edir və bildirir ki, laboratoriya xüsusi elmi axtarmalarla məşğul olur.
Xatırladaq ki, ötən ay dünyanın 17 ölkəsindən – Avstriya, ABŞ, Böyük Britaniya, Almaniya, Bosniya və Herseqovina, İraq, Macarıstan, İtaliya, Kamerun, Kolumbiya, Malayziya, Mali, Myanma, Monteneqro, Qazaxıstan, Çili və Uqandadan 23 nümayəndə Rusiyanın bioloji silah istehsalında günahlandırdığı laboratoriyada nə baş verdiyini aydınlaşdırmaq üçün Gürcüstana gəlib. Mərkəzdə yoxlama bakterioloji və toksik silahın istehsalının və təminatının qadağan olunması üzrə konvensiya (BWC) çərçivəsində aparılıb. Gürcüstan bu konvensiyaya 1996-cı il mayın 22-də qoşulub. Konvensiya üzvü olaraq Gürcüstan bioloji istiqamətdə öz imkanları haqda tam hesabat və ətraflı informasiya verməyə borcludur.
Ekspert rəyində deyilirdi ki, onların bütün müəssisənin fəaliyyəti ilə tanış olmaq imkanı olub. Yekdilliklə qəbul edilən rəydə bildirilir ki, laboratoriya öz işinin şəffaflığını təmin edir və onun bütün fəaliyyəti yalnız müxtəlif xəstəliklərin qarşısının alınması ilə bağlıdır.
“Obyekt şəffaf işləyir. Ekspertlər qrupu müəssisənin bəyan etdiyi profilaktik, elmi və dinc məqsədlərə uyğun olmayan heç nə aşkarlamayıb”, – rəydə qeyd edilirdi.
Luqara laboratoriyası ətrafında qalmaqal Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Qiorqadzenin 2018-ci il sentyabrın 11-də Moskvada bir sıra qalmaqallı bəyanatlar verməsindən sonra daha da böyüyüb. Qiorqadze bildirib ki, bu mərkəz əslində bioloji silah istehsalı üzrə məxfi laboratoriyadır.
“Sənədlərin yalnız bir hissəsi və mənim dostlarımın Gürcüstandan təqdim etdiyi yüzlərlə, minlərlə sənədin ilkin tədqiqatı göstərir ki, Gürcüstandakı Luqara labaratoriyasında ABŞ hərbi tibbi qrupunun bioloqları və özəl podratçılar tərəfindən Gürcüstan vətəndaşları üzərində gizli təcrübələr aparıla bilərdi", - deyə sabiq nazir vurğulayıb.
İqor Qiorqadze həmçinin deyib ki, bu tip eksperimentlər bir
sırası həmyerliləri üçün ölümlə sona çatıb. Gürcüstanın keçmiş
dövlət təhlükəsizlik nazirinin açıqladığı sənədlərə görə, Luqara
mərkəzində Gürcüstan vətəndaşları üzərində ABŞ-ın “Qilead Sayensiz”
firmasının (əsas səhmdarlarından biri ABŞ-ın keçmiş müdafiə naziri
Donald Ramsfelddir) preparatı təcrübədən keçirilib. Təcrübələr
faciəli şəkildə başa çatıb – 2015-ci ilin dekabr ayında 24 nəfər
ölüb.
Lakin ölümcül təhlükəli tədqiqatları dayandırmaq əvəzinə onlar
davam etdirilib. Özü də xəstələrin istəyinə rəğmən. Bu daha 49
nəfərin ölümünə gətirib çıxarıb.
Ömər
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"